Ru
Bakı
USD
EUR
GBP
RUB

“ADA” Universitetində tələbə startap layihələri qiymətləndirilib

news photo

24.05.2018 13:06 // Təhsil

“ADA” Universitetində tədris ilinin yekunu olaraq “ADA Innovation Awards-2018” mükafatının təqdimetmə mərasimi keçirilib.

Universitetdən Youthportal.az-a bildirilib ki, mükafata 18 tələbə layihəsi təqdim olunub. Layihələr dünya şöhrətli alim, “ADA” Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tələbələrin startap layihələrini münsiflər heyətinin üzvü olan universitetin Biznes İnstitutu və İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun müəllimləri ilə yanaşı, “Barama”, “Code Academy”, “Nar”, “Pasha Bank”, “Pasha Holding” və “Gilan Holding”in nümayəndələri orijinallıq, komanda işi, biznes modeli, aidiyyəti strateji sahə və digər amillər üzrə dəyərləndirilib. Səsvermənin nəticələrinə əsasən, ictimai iaşə yerlərindən səmərəli istifadəni təmin etmək üçün ərazinin məşğulluğunu hesablayan “ADA Smart FM” tətbiqi üçüncü, əcnəbi turistlərə Bakıda ehtiyac olan dildə bələdçi tapmağa yardım edən “Guideto” tətbiqi ikinci, tələbələrə yaxşı qavramadığı dərsləri izah edəcək materialları təklif edən “Mytutor.az” veb platforması isə birinci yeri qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilməklə yanaşı, 2018-2019-cu tədris ilində “ADA” İnnovasiya Mərkəzinin “sakinləri” titulunu alıblar.

Qeyd edək ki, iki il əvvəl “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayevin şəxsi təşəbbüsü ilə təsis edilən “ADA” İnnovasiya Mərkəzi tələbələr arasında innovativ düşüncə tərzi və sahibkarlıq ruhunu artırmaq məqsədilə yaradılıb. Müxtəlif ixtisaslar üzrə tələbələr bir komandada birləşərək öz sahələri üzrə bacarıqlarını təcrübədən keçirir, gündəmdə olan məsələlərə orijinal və kommersiya baxımdan gəlirli həll yolları axtarırlar. “ADA” İnnovasiya Mərkəzinin əlaqələndiricisi Emin Ələsgərovun bildirdiyinə görə, bu təşəbbüs nəticəsində son iki ildə 40-dək tələbənin startap ideyalarından bir neçəsi müxtəlif yerli və xarici maliyyə təsisatlarından investisiya dəstəyi qazana bilib. Builki qaliblər “ADA” İnnovasiya Mərkəzinə birillik “köçərək” biznes ideyalarını inkişaf etdirmək üçün universitet tərəfindən ofis ərazisi, mütəxəssis məsləhəti, investorlar şəbəkəsinə çıxış və digər resurslar şəklində dəstək alacaqlar. Tələbələrin belə yaradıcı ideyaları xüsusilə “NAR” mobil operatorunun diqqətini çəkib və onlar “ADA” İnnovasiya Mərkəzinin tərəfdaşı qismində çıxış ediblər. “ADA” İnnovasiya Mərkəzinin dəstəyi ilə ilk tələbəlik illərindən başlayan sahibkarlıq təcrübəsi gəncləri hazırkı bazar üçün layihələrini tamamlayıb maliyyə dəyərinə çevirə biləcək kadrlar kimi yetişdirəcək.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi