Ru
Bakı
USD
EUR
GBP
RUB

Bilik Fondu tibb müəssisəsində "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda maarifləndirici tədbir təşkil edib

news photo

24.05.2018 15:37 // Cəmiyyət

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə mayın 23-də rayon ərazisində yerləşən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Bilik Fondundan Youthportal.az-a bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Həbibə Qəribova, xəstəxananın baş həkimi Akif Məmmədov, tibb müəssisəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Bilik Fondunun əməkdaşı Aytən Xubanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təmsil olunduğu qurumun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə Bilik Fondunun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Boran Əzizin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı mühazirəsi dinlənilib.

Mühazirəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi