Ru
Bakı
USD
EUR
GBP
RUB

Cümhuriyyət dövründə milli rəssamlıq sənətinin inkişafına xüsusi diqqət göstərilib

news photo

24.05.2018 15:14 // Təhsil

Mayın 24-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov AXC-nin fəaliyyətindən, qısa vaxtda gördüyü böyük işlərdən danışıb.

Bildirilib ki, Cümhuriyyət dövründə milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət verilib. 1919-cu ildə nəşr olunan “Zənbur” jurnalında Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunub. AXC dövründə memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilib, Bakı Politexnik Məktəbinin nəzdində heykəltəraşlıq sinfi açılıb.

Tədbirdə “Xalq Cümhuriyyətinin demokratik ənənələri”, “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”, “Hürriyyətimizin inciləri”, “Təsviri sənətdə Cümhuriyyət” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans çərçivəsində ADRA-nın Muzey-Sərgi Kompleksində tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi açılıb. Sərgidə görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın zəngin təbiətini, tarixi abidələrini, dünəni və bu gününü tərənnüm edən sənət nümunələri yer alıb.

Yüzdən çox əsərin nümayiş olunduğu sərgi iyunun 1-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bitkoin bahalaşmaqda davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi