Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qəbələ” komandası AFFA-nın təşkil etdiyi futbol üzrə U-13 Liqasının qalibi olub

news photo

24.05.2018 11:36 // İdman

AFFA-nın təşkil etdiyi futbol üzrə U-13 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.

Youthportal.az  xəbər verir ki, Binə stadionunda keçirilən final oyununda “Neftçi” və “Qəbələ” komandaları qarşılaşıblar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” U-13 Liqasının qalibi olub. Üçüncü yeri isə “Səbail” komandası tutub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, baş katibin müavini Sərxan Hacıyev təqdim ediblər.

“Füzuli” komandasının üzvü Azər Tağıyev liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu “Qəbələ” komandasında çıxış edən Eşqin Əhmədov, ən yaxşı qapıçısı Məmməd Muradov (“Qəbələ”) seçilib. “Fair play” mükafatına isə “Neftçi” komandasının futbolçusu Ramiz Muradov layiq görülüb.

Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.

İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif ediliblər.

Sonda “Qəbələ” komandasına kubok təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi