logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Yeniyetmə həndbolçularımız Bosniya və Herseqovinada keçiriləcək yarışda “B” qrupunda mübarizə aparacaqlar
news photo

23.05.2018 14:16 // İdman

Mayın 29-dan iyunun 3-dək Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü həndbolçu qızlar arasında “Challenge Trophy” yarışı keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, Avropa ölkələri arasında keçirilən çempionatda 8 dövlətdən həndbolçular iki qrupda yarışacaqlar.

Azərbaycan təmsilçiləri Böyük Britaniya, Bosniya və Herseqovina və Lüksemburq milli komandaları ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Estoniya, Moldova, Belçika və Kipr yığmaları isə “A” qrupunda yer alıblar.

Qrup oyunları mayın 29-dan 31-dək keçiriləcək. İyunun 2-də yarımfinal, bir gün sonra isə final matçları oynanılacaq.

Xatırladaq ki, 2002-ci ildə Bakıda qadınlar arasında keçirilən həmin yarışda Azərbaycan həndbolçuları qızıl medallara sahib olublar.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook