Ru
Bakı
USD
EUR
GBP
RUB

Polşa Azərbaycanın iştirakı ilə bir sıra mədəni layihələr həyata keçirir

news photo

16.05.2018 17:00 // Cəmiyyət

Mayın 2-dən 17-dək Bakıda  30 ölkədən 40 sənədli filmin nümayiş olunduğu  Avropa tolerantlıq festivalı IMAGINE (IMAGINE Euro Tolerance Festival) keçirildi.

Festivalda Avropa Birliyi ölkələri ilə yanaşı İsveçrə, Norveç, ABŞ, İsrail, Moldova, Serbiya və bir sıra Latın Amerikası ölkələri - Braziliya, Kosta Rika, Peru, Meksika, Argentina, Ekvador kimi dövlətlər iştirak etmişlər.

Polşa festivalda dörd film, - "Varşava Üsyanı" , “Mənə Toni de”, “ 21x New York”, “ Qalstukunu bağla”, nümayiş etdirdi. Polşa sənədli filmləri Adam Mickiewicz İnstitutu tərəfindən Polşanın Azərbaycandakı səfirliyi ilə birgə nümayiş etdirildi.

Nümayiş olunan filmlər böyük maraqla ictimaiyyət tərəfindən qarşılandı. 

Adam Mickiewicz İnstitutunun nümayəndəsi Irena Puyşo (İrena Pujszo) Youthportal.az- a verdiyi müsahibəsində bildirib ki, 1944-cu ilin faciəli hadisələrindən bəhs edən "Varşava üsyançılığı" filmi Varşava İnkişaf Muzeyinin arxiv materialları əsasında hazırlanıb: “ Polşa filmləri bu il olduğu kimi, ötən il də mədəniyyətlərarası dialoq və incəsənət vasitəsilə tolerantlığın inkişaf etdirilməsinə yönəlmiş Avropa tolerantlığı "IMAGINE" festivalında nümayiş etdirilmişdir. Sonra  biz filmləri üç fərqli qurumla - İMAGE, Doku Baku və Yarat  birlikdə müxtəlif auditoriyalara təqdim etdik. Film çox böyük maraqla qarşılandı, Tamaşaçılar fəqli idi və biz bu il də festivalda iştirak etmək qərarını gəldik”. 

Irena Puyşo bildiridi ki, keçən il "Sosil dəyişiklik üçün kino" adlı proqramın açılışı oldu: “Bir tərəfdən bu vacib sosial problemlərdən danışan sənədli filmdir. Hansı ki, ölkə üçün əhəmiyyətlidir. Biz tərəfdaşlarla birlikdə elə mövzu və proqram seçirik ki,  orada yalnız filmlərin nümayişləri deyil, çıxışlar, master-klasslar, müəlliflərlə görüşlər təşkil olunur", - Irena Puyşo deyib. 

Doku Baku beynəlxalq sənədli film festivalı IMAGINE tolerantlıq festivalının bir hissəsinə çevrildiyi vaxtda ötən ildən fərqli olaraq, bu il "Doku Baku" payız ayına planlaşdırılır. Azərbaycanda Film festivalında iştirak etmək Polşa üçün mədəni əməkdaşlığın vacib tərkib hissələrindən biridir. 

"Biz öz tərəfdaşlarımızla çox çalışırıq. Daim söhbətlər edirik, dialoqlar aparırıq və tərəfdaşlarımız üçün vacib məqamlara diqqət yetiririk”, - Irena Puyşo qeyd edib.

"Yerli inkişaf üçün Mədəniyyət"

Azərbaycan bu ay Adam Mickiewicz İnstitutunun 24-27 may tarixlərində Tbilisidə təşkil etdiyi "Yerli İnkişaf üçün Mədəniyyət" adlı  layihəsində ilk dəfə olaraq iştirak edəcək.  Bu, üç il əvvəl başlamış beynəlxalq bir layihədir.İndi layihədə  “Şərq tərəfdaşlığı” proqramının altı ölkəsi, eləcə də Polşa və Macarıstan iştirak edir.

"Biz bu layihəni işləyən və maraqlı layihələr həyata keçirən gənc mədəniyyət menecerləri üçün edirik. Hansı ki, onların mədəni idarəetmə sahəsində təhsilini inkişaf etdirməyə imkanları yoxdur və biz onlara qonşularımızla və bizlərlə görüşmək imkanı veririk", - deyə İrena Puyşo bildirib.

Layihənin birinci mərhələsinə master-klasslar daxildir. Onların birincisi mayın 10-dan 13-dək Kiyevdə keçirilmişdir və 24-27 mayda Tbilisidə keçiriləcək.

Ukrayna, Belarus, Moldova və Polşa menecerləri Kiyevdə görüşdülər. Cənubi Qafqaz və Polşanın üç respublikasının nümayəndələri isə Gürcüstanda görüşəcəklər.

Master-klasslar mədəni və sosial layihələrin idarə olunmasına, habelə yerli proqramların inkişafında beynəlxalq əlaqələrin istifadəsinə həsr olunacaq. Namizədlər maliyyə yardımı üçün müsabiqədə iştirak edə biləcəklər ki, bu da layihələrin reallığa çevrilməsinə kömək edəcək.

Layihənin birinci mərhələsini keçəcək iştirakçılar ikinci, yəni 29 iyuldan 6 avqust 2018-ci ilə qədər Polşada keçiriləcək yaz məktəbinə qatılacaqlar. Proqramda Polşada çox saylı seminarlar, eləcə də ictimai və mədəni qurumlara səfərlər daxildir. Proqram iştirakçılara layihənin ilk mərhələsində yaradılan təşəbbüslərini inkişaf etdirməyə imkan verəcək.

“Yeddi gözəl” Avropa səhnələrində

Adam Mickiewicz İnstitutunun həyata keçirdiyi mədəni layihələr arasında dünyanın ən dinamik inkişaf edən gənclik layihələrindən biri də “Mədəniyyət Orkestri”dir. Bu, musiqiçilərin və bütün qitələrdən gələn mütəxəssislərin yüksək qiymətləndirdiyi, habelə gənclərdən ibarət olan beynəlxalq musiqiçilər qrupudur. Orkestr həmrəylik və ölkələr arasında mədəni körpülər qurma ideyasından yaranıb.

2011-ci ildən bəri həyata keçirilən bu layihə Şərq Tərəfdaşlığı Proqramı - Cənubi Qafqaz ölkələri, həmçinin Belarus, Macarıstan, Moldova, Polşa və Ukraynanın üzvü olan ölkələrdən olan gənc musiqiçilərin görüşünə imkan yaradır.

Orkestr yeddi il ərzində 25 şəhərdə-Böyük Britaniya, Almaniya, Belçika, İspaniya, Fransa, İsveç, İslandiya, Danimarka, Litva, Belarusiya, Moldova və Ukraynada 40-dan çox konsertlə çıxış edib.

Artıq layihədə 600-dən çox gənc ifaçı iştirak etmişdir.Layihə əsasən gənc musiqiçiləri, əsasən musiqi akademiyalarının tələbələrini dinləməyi nəzərdə tutur. Birinci mərhələdə iştirakçılar çıxışlarının onlayn qeydlərini göndərirlər. Mart ayında layihənin təşkilatçıları Azərbaycana gəlib gənc müsiqiçiləri dinləyirlər, eyni zamnda master-klasslar keçirlər . Sonunda isə  mütəxəssislər peşəkar musiqiçiləri qiymətlərdirirlər. Orkestr üçün iştirakçı ölkərin bütün namizədləri arasından 100 iştirakçı seçilir. Onlar yalnız populyar əsərləri deyil, həm də layihə sayəsində Qərbdə daha məşhur ola biləcək melodiyalar səsləndirirlər.

"Məsələn, bu il səsləndiriləcək musiqi parçalarından biri" Yeddi Gözəl "Azərbaycan musiqi əsəridir. Avropada "Yeddi Gözəl" təqdim edən böyük bir gənc orkestrini düşünün ",-  İ. Puyşo dedi.

Orkestr ilk konsertini Varşavada, sonra Montpellier, Amsterdam, Kopenhagen, Brüssel, Hamburg və Berlində verəcəkdir. Avropada konsertlər yaz və payızda keçiriləcək.

Adam Mickiewicz İnstitutunun nümayəndəsi qeyd etdi ki, mədəniyyət sahəsində Polşa-Azərbaycan əməkdaşlığı çərçivəsində "Xəzər" telekanalında dörd film nümayiş olunub.

Sonda isə o, Polşa tərəfinin əməkdaşlığı genişləndirməyə və maraqlı layihələri müzakirə etməyə hazır olduğunu qeyd etdi.

 

Aida Sultanova

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi