Ru
Bakı
USD
EUR
GBP
RUB

İctimai sektorun akademik proqramı yekunlaşdı

news photo

16.05.2018 17:12 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi İB-nin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi”-nin 2018-ci il yaz təlimləri proqramına yekun vuruldu. Məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Təhsil Mərkəzindən Youthoprtal- a bildlirilib ki, QHT Məktəbi çərçivəsində iştirakçılara QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Məktəb özlüyündə III sek­to­run for­ma­laş­dı­rıl­ma­sı, in­ki­şa­fı, fə­al­lı­ğı, hə­min qu­rum­la­rın kadr po­ten­sia­lı, in­san re­surs­la­rı mə­sə­lə­lə­ri­ni də ak­tu­al edib. Bu gün əminliklə deyə bilərik ki , təlim kursunun 25 məzunu yeni yaradılan və fəaliyyət sahəsini genişləndirməkdə olan QHT-lər üçün yararlı kadr potensialıdır.

Nəzəri və praktiki hissələrdən ibarət olan qış təlimləri 2 ay davam edəcək. Təlimlər tanınmış QHT mütəxəssisləri, habelə təcrübəli QHT rəhbərləri tərəfindən tədris olunmuşdur.

.

news photo

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi