logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
ADU-nun rektoru Kamal Abdulla Türkiyə səfiri ilə görüşüb (FOTO)
news photo

16.05.2018 16:24 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Universitetdən Youthportal-a verilən məlumata görə, qonağı salamlayan rektor K.Abdulla E.Özoralı ADU-da görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən K.Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb. K.Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib.

K.Abdulla E.Özoralı “Səfir saatı” layihəsi çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

Yüksək qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin daha da güclənməsi üçün mühüm addımlar atmağın vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook