Ru
Bakı
USD
EUR
GBP
RUB

Kral ailəsinə məxsus mavi almaz hərracda 6,7 milyon dollara satılıb

news photo

16.05.2018 15:40 // Dünyada

Mavi almaz İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 6,7 milyon dollara satılıb. Alıcının kimliyi açıqlanmır.

Youthportal AZƏRTAC-a istinadla xəbər verir ki, BBC-nin məlumatına görə, hərraca çıxarılan 6,1 karatlıq almaz İspaniya Kralı V Felipenin 1715-ci ildə evləndiyi Parma Dükünün qızı Elisabeth Farneseyə toy hədiyyəsi olub.

Üç yüz il boyunca İspaniya, Fransa, İtaliya və Avstriya zadəganlarının sahib olduğu bu nadir almazın Hindistanın Golconda mədənindən çıxarıldığı deyilir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi