Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU tələbələrinin tərcümə etdiyi film Park Bulvarda nümayiş olunub (FOTO)

news photo

16.05.2018 15:09 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatı dəstəyi ilə Park Bulvarda Koreya Kino Günü keçirilib. Tədbirdə Koreya Respublikasının Azərbaycandakı konsulu Ceon Cun Seok, SEBA(Seul-Bakı) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, şöbə müdiri İradə Nəcəfova, eyni zamanda ADU-nun Beynəlxalq Əlaqələr Departamentinin müdiri Nigar Sultanova, rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova iştirak edib.

Bu barədə Youthportal-a BANM-dən məlumat verilib.

Nigar Sultanova açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və ADU-da fəaliyyət göstərən Koreya Mədəniyyət Mərkəzi barədə qısa məlumat verib. Tədbir konsul Ceon Cun Seokun çıxışı ilə davam edib. O, bu tədbirin ölkələrarası əlaqələrin inkişafı məqsədi ilə keçirildiyini qeyd edib və təşkilatçılara öz təşəkkürünü bildirib.

Rəsmi açılış hissəsindən sonra 2013-cü il istehsalı olan “Coqqu kralı” və 2014-cü ildə lentə alınan “Mənim sevgim, mənim qadınım” adlı Koreya filmləri nümayiş etdirilib. Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib. 

Film nümayişi bitdikdən sonra püşkatma yolu ilə tamaşaçılara kiçik hədiyyələr təqdim olunub.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bitkoin bahalaşmaqda davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi