Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Tibb Universitetinin əməkdaşı Eskişehir Anadolu Universitetində keçirilən beynəlxalq konfransda çıxış edib

news photo

16.05.2018 14:47 // Təhsil

Türkiyənin Eskişehir Anadolu Universitetində Tətbiqi Biologiya Elmləri üzrə IV Beynəlxalq Konfrans keçirilib.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən Youthportal-a bildirilib ki, konfransda ATU-nu əczaçılıq fakültəsinin farmakoqnoziya və botanika kafedrasının baş laborantı Nərmin Babayeva təmsil edib. O, “Hedysarum (H) formosum və Hedysarum atropatanum bitkilərinin xammalının morfoloji-anatomik tədqiqi və flavonoidlərin miqdarının təyini” mövzusunda çıxış edib.

N.Babayeva Azərbaycan florasından olan H.atropatanum və H.formosum bitkilərinin yarpaq və köklərinin morfoloji və anatomik quruluşundakı xarakterik diaqnostik əlamətləri müəyyən etməsi barədə tədbir iştirakçılarına məlumat verib. O, tədqiq olunan bitkilərin otunda flavanoidlərin miqdarını HPLC üsulu ilə öyrəndiyini qeyd edib və nəticələr haqqında danışıb: “Araşdırmalar nəticəsində məlum olub ki, H.atropatanum bitkisinin tərkibində 6274,8 mikroqram/millilitr, H.formosum bitkisinin tərkibində isə 9425,5 mikroqram/millilitr flavonoid var. Miqdarın təyinat üsulunun validasiyası yerinə yetirilib. Tədqiqat nəticəsində müəyyən edilib ki, bu, hər iki bitki növü flavonoid baxımından perspektivlidir. Sonrakı araşdırmalarda həmin birləşmələrin fərdi qaydada alınması və onların farmakoloji xassələrinin öyrənilməsi aktualdır”.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi