logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
“Miss Caspian 2018” gözəllik yarışmasının qalibləri bilindi (FOTO)
news photo

16.05.2018 14:12 // Mədəniyyət

"High Life Academy" və "ABA Event Group" birgə təşkilatçılığı ilə "Miss Caspian 2018" gözəllik yarışmasının qalibləri bəlli olub.

Keçirilən final gecəsində qaliblər münsiflər, tamaşaçılar və sosial şəbəkə istifadəçilərinin səsverməsi əsasında müəyyənləşib.

Münsiflər heyətində yerli və xarici moda nümayəndələri olaraq, layihənin beynəlxalq direktoru Aqil Məmiyev, "High Life Academy"nin prezidenti Mübariz Allahverdizadə, Formula 1 Azərbaycan Qran Prisinin beynəlxalq kordinatoru Sair İsgəndərov, dizayner Gunel Behbudova, "Most" Magazine redaktoru Elçin Əmirov,  rejissor və fotoqraf Cəlal Kəngərli, vizajist Günəş Nur, "Best Model of Russia" 2017 Anna Qranovskaya, Ukraynali model ve aparıcı Anastasia Lenna, "Best Model of Georgia" 2014 Nini Gridzelişvili, aparici Samir Bayramli, stilist Nisə Əzizova, vizajist Səxavət Bayramova, "Best Model of Azerbaijan" 2016 Yusif Cəfərli , və s şəxslər yer aliblar.

Həmçinin gecədə həmçinin "Azerbaijan Runway" adlı moda şousuda baş tutub 6 yerli dizayner Xatirə Baharova, Fidan Rzayeva, Rena Muslumova, Aynur Aliyeva, Sevinc Qurbanova, Rufina Memmedova öz geyim kolleksiyalarını təqdim edib.

Beləliklə final gecəsinin yekun nəticələrini təqdim edirik. Müsabiqədə iştirak edən 18 finalçı arasından, "Miss Caspian Gran Prix" 2018" - Aysel Hənifəyeva, 2-ci yer Alba Aqustin, 3-cü yer Leyla Abbasova, Miss Baku - Bəyaz Abraxanlı, "Miss Charming" - Mədinə Yusifzadə, "Miss Glamour " Aysel Bağırova, "Miss ABA" -Leyla Şeydayeva, "Miss Smile" - Fatima İmanova , Best Catwalk - Yeganə Əsədova, Miss Unique - Nərgiz Bayrişlı, Best Photomodel - Ramina Seyidova xüsusi mükafatlara layiq görülüb.

Miss Caspian gözəllik müsabiqəsinin Layihə rəhbərləri Ləman Mirtalibli və Tural Qan, baş prodüseri isə Pərviz Əzimzadədir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook