Ru
Bakı
USD
EUR
GBP
RUB

Galaxy Note 9 testlərdən keçdi

news photo

16.05.2018 13:19 // High-tech

Galaxy S9 və Galaxy S9 Plus modellərinin təqdimatından sonra Samsung şirkəti öz yeni flaqman modeli olacaq Galaxy Note 9-un testinə başlayıb.

Youthportal technote.az-a istinadən bildirir ki, smartfon artıq Geekbench testindən keçib. Bir neçə testlərə əsasən demək olar ki, SM-N960U modeli smartfonun ABŞ-da satışa çıxacaq versiyasıdır. 

O, 1.7 GHz tezlikli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunub. Həmçinin həmin model Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Güman olunur ki, Galaxy Note 9 Avropada Exynos 9810 prosessoru və 8 GB RAM ilə satışa çıxacaq. Bir nüvəli testdə Galaxy Note 9 2411 xal, çoxnüvəli testdə isə 8712 xal toplayıb. Bu göstəricilər OnePlus 6-nın göstəriciləri ilə demək olarki eynidir. Smartfonun Avqust ayında təqdim edilməsi gözlənilir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi