logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Beş yüzədək tələbə-könüllü “Bakı Marafonu-2018”ə dəstək verib
news photo

16.05.2018 12:33 // Gənclər üçün

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2018”ə dəstək göstərib.

Nazirlikdən Youthportal-a bildiriblər ki, mart-aprel aylarında “Bakı Marafonu–2018”in icraçıları və tərəfdaşları ilə 10 ali təhsil müəssisəsində təqdimatlar keçirilib, üç minədək müəllim və tələbəyə marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 37 ali və orta ixtisas təhsil müəssisəsindən marafona qatılmaq istəyən tələbələr üçün “Bir” könüllü-əlaqələndiriciləri vasitəsilə birbaşa çıxış imkanı yaradılıb.

Beləliklə, “Bakı Marafonu-2018”də “Bir” Tələbə-Könüllü proqramının 500-dək tələbə-könüllüsü iştirak edib.

Dövlət Bayrağı Meydanından başlanan və Bakı Olimpiya Stadionunda bitən Bakı Marafonunun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıblar.

Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16 mindən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edən könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.

Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.

Digər xəbərlər

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook