logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Karateçilərimiz Avropa çempionatında beş medal qazanıblar
news photo

15.05.2018 12:34 // İdman

Kyokşin karate üzrə Azərbaycan yığma komandası Polşanın Vroslav şəhərinə növbəti Avropa çempionatında iştirak edib.

Azərbaycan Kyokşin Karate Federasiyasından Youthportal-a bildirilib ki, 28 ölkədən 400-dən çox idmançının qatıldığı mötəbər yarışda komandamız 15 nəfərlik heyətlə təmsil olunub.

Gənc karateçilərimizdən Alikismət Həsənov (60 kq), Seyfəddin Namazov (70 kq) və Solmaz Zeynallı (60 kq) yarışın bürünc medalını qazanıblar. Böyüklərin yarışında isə Emin İsmayıllı (65 kq) və Səlahət Həsənov (85 kq) finalda məğlub olaraq çempionatın gümüş medalına layiq görülüblər.

Qeyd edək ki, Emin İsmayıllı və Səlahət Həsənov mayın 19-20-də Yaponiyanın Osaka şəhərində “Full Kontakt Karate” beynəlxalq turnirində ölkəmizi təmsil edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook