Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı məktəblisi beynəlxalq turnirdə erməni idmançıya qalib gəlib

news photo

15.05.2018 12:10 // İdman

Paytaxt məktəblisi Rusiyada boks üzrə beynəlxalq turnirdə birinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)Youthportal-a bildiriblər ki, bu qurumun tabeliyindəki 159 nömrəli tam orta məktəbin şagirdi Əhəd Rüstəmli 28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gəlib.

Ə.Rüstəmli final mərhələsində erməni idmançını məğlub edib. Turnirin ən yüksək kürsüsünə yüksələn Ə.Rüstəmliyə medal, diplom və kubok təqdim olunub.

Boks idman növü ilə qısa müddətdə məşğul olmasına baxmayaraq, on yaşlı məktəbli ölkədaxili yarışlarda da böyük nailiyyətlər əldə edib.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi