Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli İncəsənət Muzeyində “Andeqraund. Yeni həyat” adlı sərgi açılacaq

news photo

15.05.2018 15:39 // Mədəniyyət

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Andeqraund. Yeni həyat” adlı sərgi açılacaq.

Youthportal xəbər verir ki, sərgidə ötən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji “xətti” ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Mirnadir Zeynalov və digər rəssamların əsərləri nümayiş olunacaq. Təqdim olunan əsərlərdən bəziləri ilk dəfə sərgilənəcək.

Sərginin açılışında “Ahmedovski Trio” qrupu çıxış edəcək. Daha sonra mövzuya dair “Artlogos” incəsənət klubu müzakirə aparacaq.

Xəbər lenti

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi