logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
BP Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına həsr edilmiş kitabı təqdim edib
news photo

11.05.2018 11:39 // Siyasət

Bu gün "BP Azerbaijan" şirkəti Şərqin ilk demokratik respublikasının qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat kitabını ictimaiyyətə tədqim edib.

Youthportal xəbər verir ki, "Cümhuriyyətin qurucuları" adlı kitabın müəllifi tarixçi alim Nəsiman Yaqubludur.

Rəsmi Qəbullar Sarayında keçirilən kitabın təqdimatında çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu kitab Azərbayan Xalq Cümhuriyyətinin 100 illiyinə BP-nin hədiyyəsidir: "BP fəxr edir ki, istiqlal mübarizəsi aparmış bu 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat işinə və kitabın nəşrinə dəstək verib.Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Cümhuriyyət qurucularının xalqın tarixinə töhfəsi əvəzsizdir. Azərbaycanın uzunmüddətli və etibarlı tərədaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq".

Onun sözlərinə görə, bu kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb.

"BP Azerbaijan" şirkəti həmçinin Azərbaycan Demokratik Respublikasının son gününü və faciəvi süqutunu təsvir edən "Sonuncu iclas" adlı sənədli filmin də sponsorudur.

BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti  əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir.

Şirkət 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir.İndiyədək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycandakı layihələrə 70 milyard dollardan artıq sərmayə qoyub, on minlərlə iş yeri açmaqla və geniş sosial sərmayə fəaliyyətlərinə qatılmaqla yerli icmalara faydalar gətirib. BP şirkətində 3000 nəfərə yaxın Azərbaycan vətəndaşı çalışır.

Ölkənin zəngin mədəni irsinin inkişafına və təbliğinə dəstək BP-nin sosial sərmayələr fəaliyyətinin prioritet sahələrindən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi ötən 26 il ərzində BP yerli potensialın yaradılması, təhsil, icmaların, yerli sahibkarlığın, idman potensialının inkişafı və bir sıra digər sahələrə sərmayələr qoymaqla ölkəyə dəstək verib. BP-nin bu fəaliyyəti ölkənin güclü gələcəyinin qurulmasına sərmayədir.

Digər xəbərlər

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook