logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Smartfonlar Windows 10-a inteqrasiya ediləcək
news photo

11.05.2018 17:21 // High-tech

"Microsoft" korporasiyası "Build 2018" konfransında "Windows 10" əməliyyat sistemi üçün yeni "Your Phone" əlavəsini təqdim edib. 

Proqram smartfon kontentini birbaşa istifadəçinin kompüterində göstərməyə imkan verir.

Youthportal ICTnews-a istinadən bildirir ki, nəticədə "Windows 10" sistemli fərdi kompüterdən istifadəçinin smartfonundakı mətnə, o cümlədən SMS, fotoşəkil və bildirişlərə, eləcə də oxşar kontentə çıxış əldə etmək mümkün olacaq.

"iOS" və "Android" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlar üçün funksionallıq fərqli olacaq. "Android" üçün imkanlar daha geniş olacaq və istifadəçinin fərdi kompüterlə işlədiyi zaman smartfonu fiziki baxımdan əlinə götürməsinə ehtiyac qalmayacaq.  Bildirilir ki, "Microsoft" korporasiyası "Your Phone" əlavəsinin sınaqlarına bu həftə "Windows Insiders" proqramı çərçivəsində başlamağı planlaşdırır. Rəylər toplandıqdan və müəyyən düzəlişlərdən sonra əlavənin "Windows 10" sisteminin tərkib hissəsinə çevriləcəyi gözlənilir.

Digər xəbərlər

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook