Ru
Bakı
USD
EUR
GBP
RUB

Ronaldo baş rolda çəkildiyi animasiya layihəsini dövriyyə buraxıb

news photo

11.05.2018 15:14 // Dünyada

Madridin “Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldu “Graphic India” şirkəti ilə birgə “Striker Force 7” animasiya layihəsini dövriyyəyə buraxıb.

Youthportal layihənin rəsmi saytına istinadla xəbər verir ki, Ronaldu burada superqəhrəman rolundadır. O deyib: “Mən həmişə superqəhrəmanların fanatı olmuşam və yeni cizgi filmi serialının yaradılmasında iştirakımdan çox məmnunam. Cizgi filmlərinin personajları bütün dünyanın mədəniyyətlərini və insanlarını birləşdirir, həmçinin futbol da. Bu layihə vasitəsilə mən iki böyük həvəsi – futbol və superqəhrəmanı birləşdirməyə cəhd edirəm və bunu fanatlarla bölüşürəm”.

“Striker Force 7”nin yaradıcılarından biri və prodüseri Şarad Devarajan deyib: “Kriştianu Ronaldu öz çalışqanlığı və çox gözəl oyunu ilə bütün dünyada milyonlarla insanı ruhlandırır. O, həqiqətən də indiki nəslin superqəhrəmanıdır”.

“Eurosport” qeyd edir ki, əsl superqəhrəman Ronaldunun beş “Qızıl top”u var. Hazırkı İspaniya çempionatında Kriştianu 26 matçda 25 top vurub və cari Çempionlar Liqasının ən yaxşı snayperidir.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bitkoin bahalaşmaqda davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi