logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Heydər Əliyev Mərkəzinin binası üzərində "Heydər Əliyev 95" kompozisiyası təqdim olunub - VİDEO
news photo

11.05.2018 08:15 // Siyasət

Heydər Əliyev Mərkəzinin binası üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə hazırlanmış video instalyasiya təqdim edilib.

Heydər Əliyev Mərkəzindən Youthportal- a verilən məlumata görə, Bakının simvollarından biri, dünyanın modern memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilən kompozisiya müasir Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycana bağlılığını, ölkəmizdəki tərəqqini və ulu öndərə xalq məhəbbətini əks etdirib.

"Xalq Heydər söyləyəcək" mahnısı ilə müşayiət olunan video instalyasiya Azərbaycan Respublikasının bayrağı, ümummilli lider Heydər Əliyevin fotoları və müasir Azərbaycanın fotolarından ibarət olub.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook