Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb

news photo

10.05.2018 20:24 // Formula 1

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb.

Youthportal xəbər verir ki, lisenziyalı idman ticarətində dünya lideri olan “Fanatics” şirkəti 2018-ci ildən etibarən Qran-Pri həftəsonlarında və onlayn şəkildə yarışın eksklüziv ticarət tərəfdaşı olacaq.

Bu əməkdaşlığa imza atmaqla Formula 1 istehlak mallarının artımı istiqamətində böyük addım atmaq niyyətindədir. Şirkətin məqsədlərindən biri də Qran-Pri zamanı, onlayn, eləcə də telefon vasitəsilə alış-veriş edən yarış azarkeşləri üçün fərqli satış kanalları yaratmaqdır.

“Fanatics” şirkəti ticarətin həcmini artıraraq, Formula 1, həmçinin Formula 1 üzrə dünya çempionatında iştirak edən komandaların premimum məhsullarının və hər Qran-Pri üçün xarakterik olan əşyaların satışını həyata keçirəcək.

Formula 1-in kommersiya şöbəsinin icraçı direktoru Şon Breçes əməkdaşlıqla bağlı deyib: “Bütün Qran-prilərdə apardığımız araşdırmalardan məlum oldu ki, azarkeşlər daha səmərəli alış-veriş etmək istəyirlər. İnanırıq ki, bu əməkdaşlıq Qran-Pri zamanı azarkeşlərin növbəsiz şəkildə daha çox çeşidli və keyfiyyətli alış-veriş etmələrinə şərait yaradacaq. Əməkdaşlığın əsas müsbət nəticəsi isə istər Formula 1 brendi altında, istərsə də komandaların təklif etdiyi məhsulların satışında olacaq artımdır”.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi