Ru
Bakı
USD
EUR
GBP
RUB

Özbəkistan portalında Şuşa şəhəri haqqında məqalə yayılıb

news photo

10.05.2018 15:17 // Siyasət

Özbəkistanın Nargis.uz portalında musiqişünas, professor Zemfira Səfərovanın “Şuşa Azərbaycanın musiqi paytaxtıdır” sərlövhəli məqaləsi yayılıb.

Məqalədə deyilir ki, dünyada bir neçə şəhər var ki, hər daşı, hər küçəsi, ümumilikdə bütün aurası musiqi ilə nəfəs alır. Avstriyada Vyana, İtaliyada Neapol, Azərbaycanda isə Şuşa belə şəhərlərdəndir. Şuşa Qarabağın səfalı guşələrindən biri, məbədlər şəhəri, Azərbaycan musiqisinin beşiyidir. Ədalətli olaraq Şuşa “Qafqazın konservatoriyası” da adlandırılır.

Bildirilir ki, Şərq musiqisi üzrə rus tədqiqatçısı V.Vinoqradov hələ 1938-cu ildə çap edilən “Üzeyir Hacıbəyli və Azərbaycan musiqisi” kitabında Şuşa haqqında yazıb: “Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaradıb, onlar yalnız öz ölkələrində deyil, Şərqin digər dövlətlərində də məşhur olub. Şaşa muğamın mərkəzi kimi də tanınır, azərbaycanlılar üçün Şuşa və muğam sinonimdir. Azərbaycanda belə bir deyim var, “Əgər sən muğam oxumursansa şuşalı deyilsən” və ya “Şuşada körpələr muğam melodiyası ilə ağlayır”.

Məqalədə Şuşanın tanınmış musiqiçiləri və şairləri haqqında da məlumat verilir, Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycanın ən məşhur musiqiçilərinin məhz Şuşadan çıxdığı qeyd edilir.

Yazıda Şuşa ilə bağlı şəkillər də verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi