Ru
Bakı
USD
EUR
GBP
RUB

700 bal toplayan abituriyent: “Ali təhsilim üçün istədiyim hər şey Bakı Ali Neft Məktəbində var”

news photo

12.06.2017 13:55 // Bizim istedadlar

700 bal toplayan abituriyent:

“Ali təhsilim üçün istədiyim hər şey Bakı Ali Neft Məktəbində var”

ƏliyevaXalidə Vüqarqızı 6 yanvar 2000-ciildə Lənkəran şəhərində anadan olub. Birinci sinifdən 5-ci sinifədək Sumqayıt şəhəri Texnikivə Təbiət Elmlər Liseyində (TTEL) oxuyub. Altıncı sinifdən 8-cisinifədək Lənkəran şəhəri 4 saylı məktəb-liseydə və ortatəhsilini sonüçilində Bakı şəhəri Ə.Mahmudovadına 220 saylı məktəb-liseydə təhsilalıb. Tədris illəriər zində yalnız 5-cisinifdə birfəndən“4” aldığıüçün əlaçı olabilmədi. Məktəbdaxil itədbirlərdə təşkilatçı, sinifdaxilində isə inzibatçı qismində çıxışedib. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədrisili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- 700 ballıq nəticə təkcə mənim deyil, valideynlərimin, mənə oxumağı, yazmağı öyrədən ibtidai sinif müəllimlərimdən ind iki müəllimlərimədək hər kəsin uğurudur. Onların sevgisi, dəstəyi, inamı sayəsində mənbuuğuru əldə etdim. Özümə gəldikdə isə fərdi əzmkarlığım, inadkarlığım və çalışqanlığım mənə çox kömək edib.Mən şansa inanmıram. Fikrimcə, uğurun yeganə sirri çox çalışmaqdır. Həyatda özünüzə ən güclü rəqib və tənqidçi kimi özünüzü görməlisiniz. Xüsusi bir istedada gəldikdə isə, bəli, məncə, bir az istedad da lazımdır.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- İmtahan mənim üçün çox rahat keçmişdi. Sözün düzü, bundan əvvəl getdiyim sınaq imtahanlarında daha çox həyəcanlanmışdım. Ən böyük qorxum da bu imtahanda daha çox həyəcanlanmaq, mexaniki səhvlərə yol verməkdən idi. Amma şükür ki, belə hallarla üzləşmədim. Əksinə, çox sakit və təmkinli idim. İmtahandan sonrası isə mənim üçün daha gözəl yadda qaldı. İmtahanın keçirildiyi bina evimizə uzaq olduğu üçün biz evə çatandan sonra artıq televiziyadan cavabları verdilər. Bütün suallar düz çıxdıqdan sonrakı sevincimi heç cür ifadə edə bilmərəm. Hətta, o an sevindiyimdən hansı reaksiyanı verdiyimdə yadımda deyil.

-  Niyəməhzbu ixtisası və BANM-i seçdin və bu seçimi etdik də hansı məqsədləri qarşına qoydun?

- Ümumiyyətlə, hazırlıq prosesində və ondan əvvəl keçid balları ilə maraqlanmamışdım. Qorxurdumki, bu məndə arxayınlıq hissi oyadar. Mənim səhədəfim 700 balidi. Ən sevdiyim fənn fizika idi və buna görədə 1- ci ixtisas qrupunu seçmişdim. Məktəbdə və hazırlıqda yoldaşlarımdan BANM haqqında eşitmişdim. Onların çoxu məhz BANM- də təhsil almaq istəyirlər və məndə də maraq oyatmışdılar. Ali təhsilim üçün istədiyim hər şeyin burada olduğunu düşünürəm. Seçdiyim ixtisasisə fizika ilə çox əlaqəlidir.

-  Ən böyük arzun nədir?

- Ən böyük arzum vətənimə və valideynlərimə xeyirli övlad olmaqdır. Ölkəmizdə təhsilə çox yüksək qiymət verilir və bizə düşənsadəcə bunu dəyərləndirməkdir

-  Özünü gələcək də harada görürsən və gələcək üçün planların hansılardır?

- Özümü gələcək də ali savadlı bir şəxs kim igörürəm. Gələcəyə dair planlarım çoxdur. Ənəsası bir neçə dil öyrənmək istəyim var. İlk növbədə rusdili vəi ngilisdilini mükəmməl öyrənməkistəyirəm. Sonra bir neçə dil daha. Bir də şahmatla maraqlanıram və bu sahədə istedadım olduğunu düşünürəm. Hələlik bu planlarımı həyata keçirməyi qarşıma məqsəd qoymuşam.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi