logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Erməni silahlı bölmələri atəşkəs rejimini 65 dəfə pozub
news photo

06.12.2016 12:00 // Siyasət

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.

Bu barədə Youthportal-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook