Ru
Bakı
USD
EUR
GBP
RUB

BP Bakı Ali Neft Məktəbində təcrübə proqramını təqdim etdi

news photo

04.12.2017 16:21 // Siyasət

Bakı Ali Neft Məktəbində (BANM) BP Azərbaycanın Tələbə təcrübə proqramının təqdimatı keçirilib. Ali Məktəbin 3-5-ci kursları üçün keçirilən təqdimatı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndələri – Tamamlama mühəndisliyi üzrə menecer Enn Devis, işə qəbul üzrə məsləhətçi Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinator Səbinə Vəliyeva və Tamamlama mühəndisi Samir Vəliyev aparıblar.

BANM- dən Youthportal- a bildirilib ki, görüşü universitetin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov açaraq, BP-nin BANM-də hər il keçirilən təcrübə proqramının təqdimatının artıq ənənəvi olduğunu qeyd edib və tələbələrin Ali Məktəb və BP arasında uzunmüddətli əməkdaşlığı çərçivəsində hər il bu proqramda iştirak etdiklərini bildirib.

BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova gəncləri salamlayaraq BP-nin tələbələrlə iş üzrə siyasətinin əsas istiqamətlərindən və təcrübə proqramlarından danışıb. Tamamlama mühəndisliyi üzrə menecer Enn Devis isə özünün müxtəlif ölkələrdə olan təcrübəsindən, profesional karyera inkişafından danışıb və BP ilə özünün ilk yaxın tanışlığının elə Təcrübə proqramı zamanı yarandığını qeyd edib.

BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Nərmin Abbaslı və Fərhad Qədimov cari ildə BP-nin təcrübə proqramında iştirakları ilə bağlı hesabat verib və öz təəssüratlarını digər tələbələrlə paylaşıblar. Onların dediyinə görə, BP-də təcrübə keçmək – bu yalnız böyük transmilli şirkətin fəaliyyətində iştirak etmək deyil, həmçinin təcrübəçilərin profesional, işgüzar və şəxsi keyfiyyətlərinin ciddi yoxlanılmasıdır.

Daha sonra BP-nin işə qəbul üzrə koordinatoru Səbinə Vəliyeva iştirakçılara tələbələr üçün nəzərdə tutulmuş yay təcrübəsi proqramı və gənc mütəxəssislərə işə qəbul prosesləri, sənədlərin düzgün göndərilməsi, namizədlərin seçim prosesi və əsas kriteriyaları haqda məlumat verib. O həmçinin təcrübə proqramında iştirakın sayına görə BANM-in tələbələrinin sayının digər universitlərdən üstün olduğunu qeyd edib.

Sonda BP-nin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi