Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb

news photo

30.04.2018 21:36 // İdman

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Youthportal xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) qitə çempionatının finalına vəsiqə qazanıb.

İdmançımız yarımfinal görüşündə 1:7 hesabı ilə geridə olmasına baxmayaraq, mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib.

Onun yarışların həlledici mərhələsindəki rəqibi estoniyalı Helari Maegissalu olacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi