Ru
Bakı
USD
EUR
GBP
RUB

F1 Danimarka Qran-Prisinin təşkilatçıları təcrübə əldə etmək məqsədilə Bakıda olublar

news photo

30.04.2018 20:19 // Formula 1

Kopenhagendə 2020-ci ildə Formula 1 yarışlarının mərhələsini keçirmək planlaşdırılır. Ötən həftəsonunda mərhələnin təşkilatçıları Helqe Sander və Lars Seyer Kristensen təcrübə öyrənmək məqsədilə Bakıya gəliblər.

Youthportal xəbər verir ki, Helqe Sander F1 Azərbaycan Qran-Prisinin promouteri ilə görüşündən danışıb. Təşkilatçının sözlərinə görə, promouter Formula 1 yürüşünü keçirməyin çətinlikləri, layihələndirmənin xüsusiyyəti, texniki yol və digər məsələlər barədə məlumat verib.

Kopenhagendə trası German Tilkenin arxitektura bürosu layihələndirəcək. O, müasir avtodromların əksəriyyətinin yaradıcısıdır. German Tilke deyib: “Kopenhagen Formula 1 mərhələsinin keçirilməsi üçün əla yerdir. Bu, unikal şəhərdir, tras qəşəng alınacaq, yürüş isə qədim binaların fonunda keçiriləcək”.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi