Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın gənc istedadı “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmizi layiqincə təmsil edib (FOTO)

news photo

25.04.2018 10:08 // Bizim istedadlar

Azərbaycan təmsilçisi Fidan Hüseynova “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Youthportal- a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü istiqamətində həll olunması üzrə “hücum taktikası” tövsiyəsini rəhbər tutaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən, 16-22 aprel 2018-ci il tarixlərində İtaliyanın San-Remo şəhərindəki məşhur “Teatro Ariston” konsert zalında keçiriləcək gənc istedadların iyirminci “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı gəncin iştirak etməsi üçün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaxından köməkliyi ilə müvafiq araşdırma aparılıb.

Seçim nəticəsində tədbirdə Azərbaycan Respublikasını Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi və Bakı Oksford məktəblərinin şagirdi, Prezident təqaüdçüsü 12 yaşlı Hüseynova Fidan Yaqub qızının təmsil etməsi məqsədəuyğun hesab olunub. Müvafiq prosedur məsələlər həll edildikdən sonra təmsilçimiz İtaliyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib. Fidan Hüseynovanın ifa etdiyi “Tell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilib.

16 ölkənin istedadlı gənclərinin iştirak etdiyi, o cümlədən Ermənistan nümayəndəsinin də qatıldığı və gərgin rəqabət şəraitində keçən iki mərhələli müsabiqədə Azərbaycan təmsilçisi münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, ölkəmizin bu mötəbər tədbirdə iştirakı İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının müəllimi Mais Nuriyevin təklifi əsasında baş tutub. Müsabiqədə təmsilçimizin təsirli ifası tədbirin tamaşaçısı olan dünyanın tanınmış müğənniləri, prodüser və kino ulduzlarında böyük təəssürat yaradıb, İtaliya ictimaiyyətində geniş rezonans doğurmaqla Azərbaycanın və onun mədəniyyətinin təbliğinə öz töhfəsini verib.

Müsabiqədə Azərbaycan nümayəndə heyətini Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı müşayiət edib.

Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” düşmüş Fidan Hüseynovanı ölkəmizi bu mötəbər beynəlxalq musiqi yarışmasında layiqli təmsil etdiyinə görə bir daha səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi