Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclərin sağlam gələcəyi naminə və ya ekoloji problemlərin həlli istiqamətində maarifləndirmə

news photo

24.04.2018 10:16 // Gənclər üçün

Şübhəsiz ki, hal-hazırda dünyada ən aktual məsələlərdən biri bəşər sivilizasiyasının və onu əhatə edən ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, iqtisadiyyatın sürətli inkişafı ilə ətraf mühitin mühafizəsinin uzlaşdırılmaması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Bunun üçün isə müxtəlif sosial sistemlər və dövlətlərin əməkdaşlığı qlobal problemlərin həll edilməsinin başlıca şərtlərindən biridir. Atmosferin ozon qatının dağılması, qlobal istiləşmə, səhralaşma prosesinin getdikcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması dünyanı narahat edən ciddi problemlərdir. Bu vəziyyətdən mümkün çıxış yolu sağlam gənclik naminə bütün dövlətlər fəal əməkdaşlığını nizama salmalıdır.

Ekologiyamızın qorunması sahəsində biz gənclər də öz töhfəmizi yorulmadan verməliyik. Həmyaşıdlarımız arasında ekoloji maarifləndirməni daha da gücləndirməli, yeniyetmələrə təbiətdəki həssas tarazlıqların, bu tarazlıqların həyat üçün nə qədər önəmli olduğunu daha yaxından tanıtmalı və bununla əlaqədar olaraq onu qoruma şüurunun formalaşmasına xidmət etməliyik. Günümüzün ətraf mühit problemlərinin həllinin zəruriliyini anlayan yeni gənc nəsil ətraf mühitin qorunması üçün ortaq məqsədlə yaşamalıdır.

Respublikamızda gedən sürətli inkişaf və sənayeləşmə son illərdə bir çox ekoloji məsələləri ön plana çıxarmışdır. Beləki, ölkəmizdə ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, şəhərlərimizdə atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı günü-gündən artırır. Bu sahədə Azərbaycanda gənclərin maarifləndirilməsi yolunda genişmiqyaslı ekoloji layihələr həyata keçirilir. Hər il çoxlu sayda yay məktəbləri, ekoloji düşərgələr, ekskursiyalar təşkil olunur. Hal-hazırda ölkəmizdə ekologiya sahəsində çoxlu sayda gənclər təşkilatları, ictimai birliklər fəaliyyət göstərir. Belə ictimai birliklərdən biri də IDEA ("Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi) Ətraf Mühit Kampaniyasıdır. Qeyd olunan kampaniya 12 İyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir. IDEA (International Dialogue on Environmental Action) Ətraf Mühit Kampaniyasının fəaliyyətə başlaqdıqdan sonra keçirdiyi irimiqyaslı layihələr arasında, "Gənc ekoloqların beynəlxalq düşərgəsi", "Green Corps” yay məktəbi", "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsi, "Ümumrespublika Yaşıllaşdırma” marafonu, “Ağacların kəsilməsinə yox!” proqramı, “IDEA yaşıl Azərbaycan naminə", "Hər kağızı bir yarpağa dəyişək", “Ekoloji laboratoriya” və “Yaşıl söhbət klubu” layihəsi xüsusi ilə vurğulanmalıdır.

Respublikamızda əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan ekologiyası” adlanan və beş fəsildən ibarət olan sənəd-informasiya resursu hazırlamışlar.

Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirlərdən biri də ölkədə ilk dəfə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair dövlət proqramının qəbul olunmasıdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olması baxımından ölkənin enerjiyə olan tələbatının ödənilməsi problemi mövcud deyil. Lakin ənənəvi enerji mənbələrindən istifadə ətraf mühitin çirklənməsi prosesi ilə müşaiyət olunur, ənənəvi enerji mənbələri olan karbohiderogen ehtiyatları dünyada tükənməz deyil və bunu nəzərə alan ölkə rəhbərliyi alternativ enerji mənbələrindən istifadəni gələcəyə hesablanmış strateji vəzifə kimi müəyyənləşdirib.                                                                           

Bu gün müstəqil respublikamız ətraf mühitin yaxşılaşdırılmasına dair bütün vacib beynəlxalq konvensiylara qoşulmuşdur. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmiş və bir sıra proqramlar qəbul edilmişdir. Qarşıya qoyulan vəzifələrin müvafiq dövlət orqanları tərəfindən icrasına nəzarət edilir.

Məlum olduğu kimi 2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilmişdir. Ekologiya ili çərçivəsində müxtəlif tədbirlər həyata keçirilmiş, spesifik sahələr üzrə elektron resurslar yaradılmış, əhali arasında maarifləndirmə işləri gücləndirilmişdir.

Ölkəmizdə ətraf mühitin mühafizəsi respublika rəhbərliyinin daim diqqət mərkəzindədir  və bu sahədə ciddi islahatlar həyata keçirilir. Hal-hazırda ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həll edilməsinə, ekologiyanın mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır.

Kamil Yaqubov – Suraxanı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin Metodisti 

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi