logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Bakıda gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib (FOTO)
news photo

23.04.2018 13:53 // İdman

Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib.

Youthportal xəbər verir ki, gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışacaqlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. İki günlük yarışlar zamanı komanda hesabı və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, “AGF Junior Trophy” turniri 2018-ci ilin 1-3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. Bu da gənc gimnastlara Avropa çempionatında öz həyəcanlarına qalib gələrək daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını təkmilləşdirmələri üçün şans yaradacaq.

Turnirdə 18 ölkənin təmsilçilərinin iştirakı gözlənilir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bitkoin 8 min dollardan aşağı düşdü

Bizə qoşulun

facebook
facebook
facebook