Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənc İstedadlar” liseyi “Sabahın alimləri” müsabiqəsində on beş layihə ilə iştirak edəcək

news photo

08.01.2017 15:00 // Bizim istedadlar

Bu il keçiriləcək “Sabahın alimləri” altıncı respublika müsabiqəsində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyinin 25 şagirdi 15 layihə ilə iştirak edəcək.

Liseyin direktoru, professor Qasım Hüseynov bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində bu müsabiqəyə geniş hazırlıq işləri aparılır. Liseyin 57 şagirdi respublika fənn olimpiadasına qatılacaq.

Təhsil ocağında ötən il qazanılan nailiyyətlərdən danışan direktor qeyd edib ki, liseydə 610 şagird təhsil alır. 2016-cı ildə təhsil müəssisəsini iki nəfər qızıl, dörd nəfər gümüş medalla bitirib. Əlli məzunun hamısı ali məktəblərə, o cümlədən səkkiz nəfər xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi