Ru
Bakı
USD
EUR
GBP
RUB

"Google" bölünə bilər

news photo

27.03.2018 11:08 // Dünyada

Avropa İttifaqı (Aİ) "Google" şirkətinin bazarda dominant mövqeyindən narahatdır və şirkətin daha kiçik hissələrə bölünməsi istisna edilmir.

Youthportal xəbər verir ki, bu barədə rəqabət üzrə avrokomissar Marqret Vestaqer bəyan edib.

Komissar bildirib ki, Aİ şirkətin axtarış xidməti sahəsində dominantlığını sübut edib və aşkar edilib ki, "Google" bu sahədəki üstünlüyündən öz rəqiblərinə ziyan vurmaq üçün istifadə edir:

"Hesab edirəm ki, şirkətin bölünməsi məsələsi gündəmdə saxlanılmalıdır".

Son 2-3 ildə Aİ "Google" şirkətinə bununla bağlı bir neçə dəfə irad tutub. Ötən il isə şirkət axtarış sistemi bazarındakı üstün mövqeyindən istifadə edərək internetdə məhsulların axtarışı zamanı "Google Shopping"in xidmətlərini önə çıxardığı üçün 2,42 milyard avro dəyərində cərimə edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi