Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yahoo”ya kiberhücumun nəticələri açıqlanıb

news photo

04.10.2017 18:38 // Dünyada

Dörd il əvvəl internet nəhəngi “Yahoo”ya kiberhücum nəticəsində bu şirkətin servislərində qeydiyyatda olan üç milyard istifadəçinin şəxsi məlumatları oğurlanıb.

Youthportal.az bildiri ki, bu barədə informasiya “Yahoo”nun törəmə strukturu “Verizon–Oath”ın press-relizində yer alıb.

Əvvəllər internet şirkəti təxminən bir milyard istifadəçinin qeydiyyat yazısına toxunulduğunu güman edirdi. Lakin araşdırma haker hücumunun daha böyük miqyasda olduğunu üzə çıxarıb.

2016-cı ildə “Yahoo” öz istifadəçilərinin məlumatlarının iki dəfə kütləvi oğurlanması barədə məlumat verib. 2013-cü ilin avqustunda olan kiberhücumla yanaşı, daha bir oxşar epizod baş verib. Belə ki, 2014-cü ilin sonunda hakerlər “Yahoo”nun azı 500 milyon akkauntunu dağıdıblar.

Hər iki halda hakerlər adlara, elektron ünvanlara, telefon nömrələrinə, doğum tarixlərinə və digər məlumatlara çıxış imkanı əldə ediblər. Onlar, yaddan çıxmış parolun bərpası zamanı istifadə olunan şifrələnmiş və şifrələnməmiş yoxlayıcı sualları və cavabları da ələ keçirə biliblər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi