Ru
Bakı
USD
EUR
GBP
RUB

Pedalların əvəzinə “Go” və “Stop now” düymələrinə malik avtomobil patentlənib

news photo

18.08.2017 18:17 // Dünyada

<p>“Google” şirkətinə məxsus “Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləyir, amma sözügedən şirkətin işi yalnız proqram təminatının yaradılması ilə məhdudlaşmır. Şirkətin mütəxəssisləri müxtəlif yeniliklər fikirləşir və onu patentləşdirirlər. Belə yeniliklərdən biri avtomobillər üçün yaradılmış futuristik cihaz panelidir. Bu paneldə sükan və müxtəlif indikatorların əvəzinə bir neçə düymə yerləşdirilib.</p>

<p>Patentə əlavə edilmiş təsvirdən göründüyü kimi, &quot;Go&quot; və &quot;Stop now&quot; düymələri yeni panelin mərkəzində yerləşir. Bundan başqa, elektrik şüşə qaldıranı, qapıları bloka salan, işıqlandırma tənzimləyicisi və oturacaq qızdırıcısı düymələri var. Lakin patentə əlavə edilmiş sənədə əsasən, sərnişinlərin belə konsolun köməyi ilə lazımi marşrutu necə təyin edəcəyini başa düşmək olmur.</p>

<p>Ehtimal ki, avtomobil səsli idarəetmə və ya mobil proqram vasitəsilə idarə olunacaq. Həmçinin fövqəladə hal zamanı avtomobili &quot;Stop now&quot; düyməsi ilə dayandırmaq mümkün olacaq.</p>

<p style="text-align: left;">AZƏRTAC</p>

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Sabah havanın temperaturu yüksək olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi