Ru
Bakı
USD
EUR
GBP
RUB

Windows 10 yenilənmələri 30 dəqiqə ərzində qurulacaq

news photo

27.03.2018 17:58 // High-tech

Microsoft şirkəti Windows 10 ilə bağlı yeniliklər üçün sürətli şəkildə işləməyə davam edir. İlk çıxdığında stabillik və performans problemləri olan ƏS-i yenilənmələr hesabına stabil vəziyyətə gətirildi. Windows 10 yeni bir sistem olduğu üçün tez-tez yenilənmələr gəlir və bunlar bəzən istifadəçilərin canını sıxa bilir. Belə olan halda Microsoft bır çıxış yolu axtarmağa başladı və tapdı.

Youthportal xəbər verir ki, artıq Windows 10-un bütün yenilənmələri 35% daha az həcmdə olacaq və 30 dəqiqə ərzində qurulacaq.

İlk çıxdığı zamanlar Microsoft tərəfindən göndərilən stabillik və performans yenilənmələri Windows 10- a 81 dəqiqə kimi uzun bir vaxt ərzində qurulurdu. Nəzərə alsaq ki, bir çox insan SDD işlətmir, onda bu vaxtın çox uzun olduğuna qənaət gətirmək olar. Sonraki zamanlarda edilən dəyişiklər səbəbi ilə bu vaxt 50 dəqiqəyə kimi qısaldılmışdı. İndi isə Microsoft-un dediklərinə görə bu vaxt 30 dəqiqəyə qədər qısaldılıb. Ayrıca bundan əvvəl Microsoft müdürlərindən birinin paylaşımına görə, artıq "Unified Update Platform" adlanan sistem hesabına yenilənmələrin həcmi 35% azaldıldı. Windows 10-un yenilənmə strukturuna nəzər salanda görürük ki, yenilənmə yüklənməzdən əvvəl keçici fayların hazırlanması, istifadəçilərin məlumat və fayllarının toplanıb qorunması kimi ön hazırlıqlar yenilənmə zamanı olurdu və buna görə yenilənmələrin quraşdırılması çox vaxt alırdı. Microsoft mühəndislərinin dediklərinə görə artıq bu proseslər yenilənmələr quraşdırılmamışdan əvvəl olacaq. Bu zaman bizim həm də komputerdən rahatlıqla istifadə edə biləcəyimizi vurğulan Microsoft bu yeni üsulun "Spring Creators" yenilənməsi ilə birliktə tətbiq edəcəyini bildirdi.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi