Ru
Bakı
USD
EUR
GBP
RUB

Samsung Galaxy Note 9-nun xüsusiyyətləri açıqlanıb

news photo

13.03.2018 19:25 // High-tech

İnternet mənbələrində "Samsung Galaxy Note 9" smartfonunun ehtimal olunan texniki xüsusiyyətləri dərc edilib.

Youthportal ICTnews-a istinadən bildirir ki, məlumata görə, yeni qurğu 6,3 düym diaqonallı 2960 × 1440 piksel təsvir ölçülü "Super AMOLED" ekranla təchiz olunacaq. İstifadəçilər ekranla barmaq və təkmilləşdirilmiş "S Pen" elektron qələmi ilə işləyə biləcəklər.

Bildirilir ki, satış regionundan asılı olaraq smartfon "Exynos 9 Series 9810" prosessoru (2,9 QHs takt tezlikli səkkiz nüvə, Mali G72MP18 qrafik kontrolleri) və ya "Qualcomm Snapdragon 845" çipi (2,8 QHs takt tezlikli səkkiz Kryo 385 nüvəsi, Adreno 630 qrafik sürətləndiricisi) ilə təklif ediləcək.

Gözləntilərə görə, operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş 64 və ya 256 giqabayt təşkil edəcək. Həmçinin qurğunun "Wi-Fi 802.11 a/b/g/n/ac" və "Bluetooth 5.0" simsiz rabitə modulları, gözün qüzehli qişası skaneri, daktiloskopik sensor, eləcə də simsiz enerjidoldurma funksiyasını dəstəkləyən 3300 milliamper/saat tutumlu akkumulyator batareyası təchiz ediləcəyi qeyd olunur.

Yeni smartfonda "Galaxy S9 Plus" modelinin qoşa kamerasının quraşdırılacağı gözlənilir. Kamera konfiqurasiyasına 12 meqapikselli sensorlar, qoşa optik sabitləşdirici, diafraqması (f/1,5 və f/2,4) tənzimlənən obyektiv və f/2,4 diafraqmalı obyektiv daxildir. Ön kameranın təsvir ölçüsü 8 milyon piksel təşkil edəcək.

Yeni smartfon "IP68" standartı üzrə sukeçirməz və tozkeçirməz mühafizə ilə təchiz ediləcək. Proqram platforması qismində "Android 8" (Oreo) əməliyyat sistemi tətbiq olunacaq.

"Samsung Galaxy Note 9" smartfonunun avqustun 31-dən s

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi