Ru
Bakı
USD
EUR
GBP
RUB

Sahibini izlənməkdən mühafizə edən smartfon yaradıldı

news photo

06.03.2018 18:07 // High-tech

Kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış "DarkMatter" beynəlxalq təşkilatının mütəxəssisləri öz sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar.

Youthportal xəbər verir ki, bunun üçün hər hansı bir şəxslə məxfi söhbət zamanı qadcetin mikrofon və kamerasını söndürmək lazımdır.

"Android" əməliyyat sistemi ilə işləyən "Katim" smartfonu zənglərin, internet vasitəsilə göndərilən və qəbul edilən ismarıcların şifrələnməsini təmin edə bilir. Qadcet mobil sənayenin ən böyük sərgisi olan "Mobile World Congress"də nümayiş etdirilib.

Böyük şirkət və ya təşkilatlarda əhəmiyyətli danışıqlar aparılan zaman məlumat sızmasının qarşısının alınması üçün iştirakçılardan öz smartfonlarını başqa yerdə qoymaq tələb edilir. Yeni smartfon bu kimi vəziyyətlərdə mühafizəni təmin edə bilər. Bunun üçün smartfonun yan panelində yerləşən düyməni basmaq lazımdır ki, onun mikrofon və kamerası avtomatik olaraq sönsün.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bitkoin bahalaşmaqda davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi