Ru
Bakı
USD
EUR
GBP
RUB

İPhone ən çox satılan smartfon olacaq?

news photo

20.02.2018 17:52 // High-tech

Maye-kristal ekranla təchiz edilən "iPhone" 2018-ci ildə ən çox satılan "Apple" smartfonu olacaq. Bu barədə "KGI Securities" şirkətinin analitiki Minq-Çi Kuonun yeni hesabatında deyilir. Onun proqnozlarına görə, şirkət ikinci və üçüncü maliyyə rübləri ərzində 100 milyon model satacaq.

Youthportal ICTnews-a istinadən bildirir ki, qeyd olunan dövrdə smartfonun satışları ümumi satış həcminin 50 faizini təşkil edəcək. Qeyd edək ki, bir rüb ərzində bütün "iPhone" modellərinin satış həcmi adətən 40-50 milyon nümunə arasında dəyişir. Proqnozdan belə məlum olur ki, 2018-ci ilin ikinci yarısında rüblük göstəricilər iki dəfə artacaq.

Ehtimallara görə, bu yay təqdimatı gözlənilən qurğu 6,1 düym diaqonallı "LCD" ekran, eləcə də sifətin tanınması sistemi əvəzinə, barmaq izi skaneri ilə təchiz olunacaq. Smartfonun ilkin qiyməti 700-800 dollar təşkil edəcək.

Xatırladaq ki, analitikin əvvəlki proqnozuna görə, "Apple" şirkəti 2018-ci ildə "iPhone X" modeli əsasında üç yeni smartfon buraxacaq.

İki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) "OLED" ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) "LCD" displeylə təchiz ediləcək.

Bildirilir ki, dizayna görə hər üç smartfon "iPhone X" modelinə bənzəyəcək. Bundan başqa, onlar "True Depth" kam

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi