Ru
Bakı
USD
EUR
GBP
RUB

Apple-ın gəlirlərində rekord artım

news photo

04.02.2018 15:00 // High-tech

“Apple” kompaniyası maliyyə ilinin ilk rübündə rekord gəlir əldə edib.

Youthportal Euronews telekanalına istinadla xəbər verir ki, Tim Kukun başçılıq etdiyi kompaniyanın xalis gəliri 20 milyard dollar olub. Satışların ümumi həcmi isə 88 milyard dolları ötüb ki, bu da öncəki ilin analoji dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Smartfonun flaqman “iPhone Х” modelinin “Apple”nin digər modellərinə nisbətən xeyli bahalı olması kompaniyaya rekord gəlir əldə etməsinə imkan yaradıb. Tim Kukun sözlərinə görə, satışa çıxdığı dövrdən bəri “iPhone Х” hər həftənin yekununa əsasən kompaniyanın ən çox satılan smartfonu olub. O, həmçinin “iPhone X”, “iPhone 8” və “iPhone 8 Plus” mobil qurğularınin “iPhone” tarixində ən çox gəlir gətirən xətt olduğunu bildirib.

Qeyd edək ki, “Apple” kompaniyası ötən rüb 77,3 milyon “iPhone” smartfonu satıb, qurğuların orta qiyməti isə bir il əvvəlki 695 dolardan 796 dollara qalxıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi