Ru
Bakı
USD
EUR
GBP
RUB

Proqnozlar Bürosu: Ölkədə havanın temperaturu tədricən yüksələcək

news photo

16.04.2018 12:23 // Cəmiyyət

Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında deyib ki, aprel ayının 17-18-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, lakin aprelin 17-i səhər saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək".

G.Məmmədova qeyd edib ki, növbəti günlərdə mülayim şərq küləyi əsəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi