Ru
Bakı
USD
EUR
GBP
RUB

Fransız İnstitutu 25 yanvar tarixində dünyada eyni gündə keçirilən "Fikirlər gecəsi"nin 2-ci buraxılışını təqdim edir

news photo

24.01.2018 19:21 // Cəmiyyət

Fransız İnstitutu (İnstitut Français) 25 yanvar tarixində dünyada eyni gündə keçirilən "Fikirlər gecəsi"nin (Nuit des İdées) 2-ci buraxılışını təqdim edir. Bu tədbir intellektualları, tədqiqatçıları, sənətkarları və "Təxəyyülün hökmranlığı" mövzusunda qərarverici məsul şəxsləri bir araya toplayır.

Youthportal. az xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu yanvarın 25-i, 19:00-22:00 saatlarında "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək" mövzusunda müzakirəli tədbir keçirəcək. Müzakirələr tədbirin partnyoru YARAT Müasir İncəsənət Məkanında baş tutacaq.

Son onillikdə iqtisadi inkişaf sayəsində Bakının siması tamamilə dəyişilib. Yeni müasir yaşayış məntəqələri və xüsusi üslubda tikilən mədəniyyət ocaqları buna bir nümunədir. "Fikirlər gecəsi - 2018" Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında müzakirələr aparmağı təklif edir. Tədbir boyunca şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı haqda danışılacaq.

Tədbir təşikilatçısı olan Fransız İnstitutu sənətkarları, memarları, şəhərsalma mütəxəssislərini, tələbələri və bu mövzu ilə maraqlanan bütün insanları, Bakı şəhərinin inkişafı və mədəni irsinin qorunmasında təxəyyülün yeri və rolu haqda debatlara dəvət edir.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi