Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət Sərhəd Xidməti Xəzər dənizində hərbi təlimlər keçirib(FOTO)

news photo

15.08.2017 11:18 // Siyasət

“Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliy­yatları keçirməklə terror­çu qrupların zərərsizləş­dirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzu­sun­da taktiki təlim keçirilib.

İtisürətli və yüksək üzmə qabi­liyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıq­larla, müasir silahlarla təchiz edilən sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdir­iblər.

Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarı­şının aparıl­ması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğuların­dan atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olub.

Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaş­dırıl­ması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleks­ləri və zenit-artilleriya qurğu­ların­­­dan suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

Təlimdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm inti­zam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər də­nizin­də dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin, döyüş hazırlığının daha da yüksəldilmə­si­nin, neft-qaz hasilatı və daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilmə­sinin Dövlət Sərhəd Xidmə­tinin əsas vəzifələrindən biri olmasını vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­dirilməsi və şəxsi heyətin peşəkar­lığının daha da artırılması üzrə tapşırıqlar verib.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi