Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan dilini öyrənirik” layihəsinin iştirakçıları Heydər Əliyev Mərkəzində oldular

news photo

14.12.2017 19:55 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rus pravoslav kilsələrində rusdilli vətəndaşlar üçün ödənişsiz əsaslarla təşkil edilmiş təlim kursunun iştirakçıları üçün növbəti ekskursiya təşkil olunub.

Rusdilli vətəndaşlar Bilik Fondunun Ölkədaxili layihələr sektorunun məsləhətçisi İslam İslamzadənin müşayiəti ilə Heydər Əliyev Mərkəzində olublar.

Bilik Fondunun Mətbaut Xidmətindən Youthportal- a bildirilib ki, kursun dinləyicilərinə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəz barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycanın və Bakının rəmzinə çevrilən Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir.

Ölkəmizdə yaşayan rusdilli vətəndaşlar Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü olan Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatı və fəaliyyəti barədə ətraflı bilgilər əldə ediblər. Onlara Ümummilli liderə aid maraqlı faktlar, foto və video materiallar, digər ünikal eksponatlar təqdim olunub. Təlim kursunun iştirakçıları gəzintidən məmnun qaldıqlarını bildiriblər.

Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi 2015-ci ilin fevralından Mixail-Arxangel pravoslav kilsəsində başlanıb. Kilsənin də dəstək verdiyi kursun təlimçiləri müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimlərdir. Dinləyicilərə Azərbaycan dilinin qaydaları tədris olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı məlumatlar verilir, müxtəlif tarixi məkanlara səfərlər təşkil olunur, rusdilli vətəndaşlar teatr tamaşalarına dəvət olunur, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşürlər.

“Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, dövlət dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsiplərini aşılamaqdır.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi