Ru
Bakı
USD
EUR
GBP
RUB

“4G” şəbəkəsini dəstəkləyən ilk “ağıllı” uşaq saatı nümayiş olunub

news photo

13.01.2019 14:05 // High-tech

"Coolpad" şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk "ağıllı" uşaq saatını təqdim edib. 

Youthportal.az  AZƏRTAC istinadən bildirir ki, yanvarın 28-dən etibarən satışa çıxarılacaq "Dyno Smartwatch" adlı yeni qurğunun qiyməti 150 dollar təşkil edir.

Məlumata görə, "Snapdragon Wear 2100" birkristallı sistemə əsaslanan saat 605 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 2,5 gün avtonom iş deməkdir. Bundan başqa, korpus "IP65" standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Üstəlik, saatın kəmərini dəyişmək mümkündür.

Saatın imkanlarına gəldikdə, onlar bu növ qurğular üçün tipikdir. Valideynlər xüsusi mobil proqram vasitəsilə uşağın olduğu yeri müəyyənləşdirə, etibarlı zonalar qura, saata zəng və s. edə bilərlər. Uşaqlar isə əvvəlcədən hazırlanmış mətnlər və ya səsli məlumatlar şəklində bildirişlər göndərmək, eləcə də valideynlər tərəfindən saxlanılan nömrələrə zəng etmək imkanından yararlanacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi