Ru
Bakı
USD
EUR
GBP
RUB

ATU ilə Malatyanın Ünönü Universiteti arasında niyyət protokolu imzalanıb (FOTO)

news photo

17.04.2018 15:42 // Təhsil

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Malatya İnönü Universiteti arasında niyyət protokolu imzalanıb. Bu məqsədlə ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyə universitetinin nümayəndə heyəti arasında görüş keçirilib.

Universitetdən Youthportal-a bildiriblər ki, görüşün əsas məqsədi iki ali təhsil ocağı arasında mövcud müqavilənin yenilənməsi şərtlərinin müzakirəsi olub.

Tədbirdə ATU-nun rektoru Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini bildirib: “Bəzən universitetlər arasında bağlanan müqavilələr sənəd üzərində qalır. Lakin biz həmişə işlək əməkdaşlığın tərəfdarı olmuşuq, o cümlədən sizinlə də fəal əməkdaşlığımız olub və bu, çox sevindirici haldır”.

İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay iki ali təhsil ocağı arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Universitetlərimiz arasında protokol imzalanıb. Bunun əsasında sizinlə daima qarşılıqlı təhsil mübadiləsi etmişik. İstərdim ki, bu əlaqələr digər sahələrdə də olsun”.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bitkoin ucuzlaşmaqda davam edir

6G-da sürət 1 TB/s-yə yaxınlaşacaq

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 25 dəfə pozulub

18 noyabrda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi