Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da Təmiz aləm bayramı qeyd olunub (FOTO)

news photo

05.04.2018 13:08 // Təhsil

Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr olunmuş tədbir keçirilib.

ADU- dan Youthportal- a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov yazın gəlişi, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixi haqqında danışıb.

Konfutsi İnstitutunun müəllimi Çen Siaocen həmin bayramda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat verib.

Tədbirdə “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib.

ADU-nun tələbələri və müəllimlər türk xalqlarında məşhur “mantı” kimi tanınan Çinin müxtəlif tərkibli buxarda bişirilən “baozi” kökələrinin hazırlanması qaydası üzrə ustad dərslərində iştirak ediblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi