Ru
Bakı
USD
EUR
GBP
RUB

DİM dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib

news photo

08.03.2018 14:08 // Təhsil

Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə, 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

DİM-in Mətbuat xidmətindən Youthportal- a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və aprelin 7-də saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

•struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

•vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

1. Prezidenti yanında Ali Attestasiya Komissiyası (5 vəzifə üzrə 6 yer)

2. Kənd Təsərrüfatı Nazirliyi (34 vəzifə üzrə 42 yer)

3. Mədəniyyət və Turizm Nazirliyi (22 vəzifə üzrə 22 yer)

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (1 vəzifə üzrə 1 yer)

5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (26 vəzifə üzrə 39 yer)

6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (20 vəzifə üzrə 22 yer)

7. Əmlak Məsələləri Dövlət Komitəsi (88 vəzifə üzrə 104 yer)

8. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (13 vəzifə üzrə 14 yer)

9. Dövlət Statistika Komitəsi (22 vəzifə üzrə 30 yer)

10. Milli Televiziya və Radio Şurası (1 vəzifə üzrə 1 yer)

11. Gəncə Apellyasiya Məhkəməsi (2 vəzifə üzrə 3 yer)

12. Şəki Apellyasiya Məhkəməsi (3 vəzifə üzrə 11 yer)

13. Şirvan İnzibati-İqtisadi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

14. Şəki İnzibati-İqtisadi Məhkəməsi (2 vəzifə üzrə 5 yer)

15. Gəncə Hərbi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

16. Ağdaş Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

17. Ağstafa Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

18. Biləsuvar Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

19. Cəlilabad Rayon Məhkəməsi (4 vəzifə üzrə 6 yer)

20. Göyçay Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

21. Laçın Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

22. Lənkəran Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

23. Qazax Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

24. Qusar Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

25. Saatlı Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

26. Salyan Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

27. Xaçmaz Rayon Məhkəməsi (2 vəzifə üzrə 4 yer)

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi