Ru
Bakı
USD
EUR
GBP
RUB

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

news photo

26.02.2018 21:01 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib. İmtahanın nəticələri saat 18.25-dən etibarən DİM-in saytında yerləşdirilib.

DİM-dən Youthportal-a bildiriblər ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12 min 387 bakalavrdan 146-sı imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) 95 bal olub.

Müsabiqə şərtini ödəyən bakalavrlar II mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar mayın 7-dən 17-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 3-də keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi