Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclərimizlə birlikdə işğal altında olan şəhərlərimizin bərpasında iştirak edəcəyik - nazir

news photo

06.06.2017 17:37 // Siyasət

Bu gün “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa rayon İcra başçısı Bayram Səfərov, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Çıxış edən A.Rəhimov bildirib ki, Şuşa ilə bağlı belə bir layihənin hazırlanması çox sevindirici haldır və ölkəmiz üçün vacib əhəmiyyət kəsb edir.

"Məqsədimiz Dağlıq Qarabağ münaqişəsi barədə dünyada düzgün təbliğatın aparılmasıdır. Dünyanı öz tərəfimizi çəkməliyik. Bu işin təbliğatı çox vacibdir", - Azad Rəhimov deyib.

Onun sözlərinə görə, bu layihə geniş işıqlandırmalıdır: "Gənclərimiz işğal altındakı torpaqlarımızla tanış olmalıdırlar. Onlar inanmalıdır ki, torpaqlarımız qayıdacaq. Biz Şuşanın və işğal altındakı digər şəhərlərin bərpasında bir yerdə iştirak edəcəyik".

“Gənc nəsil və uşaqlar tariximizi bilməlidir, vətənpərvər ruhda böyüməlidir. Biz daha çox gəncləri bu işə cəlb etməliyik. Bizim torpaqlarımız işğal altındadır, bizim orada abidələrimiz var, ona görə də biz dayanmamalıyıq, daha çox insanların bu oyunları oynamasına çalışmalıyıq ki, Dağlıq Qarabağ problemini, haqq işimizi daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdıraq”, - deyə A.Rəhimov əlavə edib.

"Şuşa" kitabının təqdimatı olub. Qeyd edilib ki, "Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə 3D formatda hazırlanan “Şuşa" kitabı uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Kitabda Şuşa qalası, Natəvan bulağı, Gövhər-ağa məscidi, Karvansaray və digər abidələr öz əksini tapıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da çıxış edərək kompüter oyununun Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına mühüm rol oynayacağını qeyd edib.

“İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib.

Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” şirkəti tərəfindən hazırlanıb. Daha əvvəl nazirlik bu şirkət tərəfindən “İşğal altında: Ağdam” oyununun hazırlanmasını dəstəkləyib. Bu ilin sonunda isə macəra triller janrında qurulan “Sonuncu dalan” kompüter oyununun istifadəyə verilməsi planlaşdırılır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi